Polşada legionella bakteriyasından ölənlərin sayı 11-ə çatıb
29.08.2023 15:32

Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından ölənlərin sayı 11-ə yüksəlib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.

 

Polşa Səhiyyə Nazirliyinin açıqlamasında infeksiyanın mənbəyinin bələdiyyə su təchizatı şəbəkəsi olduğu və avqustun 18-də götürülmüş su nümunələrinin ilk sınaq nəticələrinin bunu təsdiqlədiyi bildirilir.

 

Xatirladaq ki, avqustun 25-də verilən açıqlamada bakteriya səbəbindən 7 nəfərin öldüyü qeyd edilmişdi.

 

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına, eləcə də ölümə səbəb ola bilər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub