Urumçi şəhərində sakinlər kütləvi şəkildə koronavirus testindən keçirilir  
21.07.2020 14:29

Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçidə əhalinin kütləvi şəkildə yeni növ koronavirus (COVID-19) testindən keçirilməsinə başlanılıb. Test prosesini yerinə yetirmək üçün Çinin müxtəlif şəhərlərindən Urumçiyə tibb briqadaları cəlb olunur. Artıq 200 tibb işçisi Urumçiyə gəlib.

 

Aztibb.az xəbər verir ki, buna səbəb son günlər şəhərdə virusa yoluxma hallarının çoxalmasıdır. Şəhər əhalisinin testdən keçirilməsi mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə daha yüksək riskli yaşayış zonalarının sakinləri, növbəti mərhələdə isə müxtəlif müəssisə və təşkilatların əməkdaşları testdən keçiriləcəklər.

 

Urumçinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Ruy Baolin bildirib ki, 149 gün aradan sonra iyulun 15-də şəhərdə COVID-19 virusuna daxili ötürülmə yolu ilə ilk yoluxma qeydə alınıb. Sonradan təsdiqlənmiş yoluxma sayı artaraq 46-ya çatıb. Daha 50 asimptomik xəstə, habelə yoluxanlarla yaxın təmasda olmuş 3016 nəfər tibbi nəzarət altındadır.

 

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar sakinlərin kütləvi test edilməsi ənənəsi ilk olaraq Uxanda başlayıb, daha sonra paytaxt Pekində həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır