Hamilələrə göstərilən tibbi xidmətin keyfiyyətinin dəyərləndirilməsi ilə bağlı tədbir keçirilib - Sumqayıtda
28.08.2023 16:43
"TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin strukturuna daxil olan regional perinatal mərkəzlərinin fəaliyyətinin dəyərləndirilməsi haqqında” TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 23 may 2023-cü il tarixli əmri ilə tibb müəssisələrində perinatal mərkəzlərin fəaliyyətinin dəyərləndirilməsi ilə əlaqədar yaradılmış Komissiyanın üzvləri Sumqayıt Tibb Mərkəzinin (STM) Perinatal Mərkəzini və doğuşayardım mərkəzlərini ziyarət ediblər.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, ziyarət zamanı Komissiya tərəfindən analara göstərilən tibbi xidmətin dəyərləndirilməsi və infeksiyaların profilaktikası və infeksion nəzarət qaydalarının tətbiqi, yenidoğulmuşlara göstərilən tibbi xidmətin dəyərləndirilməsi və qaydalarının tətbiqi, kritik durumda daxil olan hamilələrə göstərilən tibbi xidmət, qadın və reproduktiv sağlamlığın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ana ölümlərinin qarşısının alınması məqsədilə aparılmış tədbirlər, eləcə də tibb personalının yenidoğulmuşlara göstərilən tibbi xidmət, qadın və reproduktiv sağlamlıq sahəsində təlimlərdə iştirakı qiymətləndirilib.
 
Tədbir Sumqayıt Dövlət Dram Teatrında davam etdirilib. Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova gələn qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb. TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov qeyd edib ki, komissiya üzvləri tərəfindən təhlillər aparılıb və qiymətləndirilib.
 
Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinin rəhbəri, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri Təranə Rəcəbli və digər çıxış edənlərin məruzələri dinlənilib.
 
Bundan başqa, neonatal ölümlərin azaldılması istiqamətində görülmüş işlər, yenidoğulmuşların sağlamlığının qorunması məqsədilə skrininq proqramı çərçivəsində göstərilmiş laborator xidmətin təşkili, tibb müəssisələrində keyfiyyətə nəzarət işinin təşkili, tibb personalının sertifikasiya müddətinə və növbətçilik cədvəlinə nəzarət, tibb personalının vəzifə təlimatları barədə məlumatlılıq bazasının yoxlanılması üzrə dəyərləndirilmə aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır