Revmatizm ürəkdə iz qoya, hətta ürək çatışmazlığına səbəb ola bilər!  
02.09.2023 10:22
Revmatizmin aktiv dövrü 6-17 yaş arası uşaqlarda olur. Bu dövrdən sonra revmatizm əvvəlki kimi olmur. Yəni, artıq 50-60 yaşlı birində aktiv revmatizm olmur. Bu, çox güman ki, oxşar simptomatikaya sahib digər xəstəliklərdir.
 
 
Bu barədə məlumat verən Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, revmatizm ürəyi zədələyir.
 
Onun sözlərinə görə, bu pozulma revmokardit adlanır. Revmokardit zamanı ürəyin qişaları – daxili qişa (endokardit), xarici qişa (perikardit) və orta qişası olan ürək əzələsi (miokardit) iltihabi prosesə qoşula bilər.
 
Uzman həkim qeyd edib ki, revmatizm yüngül keçdikdə belə, iltihabi proses ürək qapaqlarını zədələyə bilər. Bu zaman qapaqlar büzülür, dağılır, öz elastikliyini itirir. Nəticədə bu qapaqlar ya tam açılmır, ya da kameralar arasındakı dəliklər tam şəkildə qapanmır:
"Qapaqlarda yaranan qüsur nəticəsində ürək öz fəaliyyətini normal şəkildə icra edə bilmir ki, bu da ağır fəsadların (aritmiya, xroniki ürək çatışmazlığı, tromboemboliya) baş verməsinə səbəb olur".
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır