Yaşlılar arasında cüdonun təhlükəsiz yıxılma proqramı üzrə beynəlxalq seminar təşkil edilib
25.08.2023 08:09

Azərbaycan Cüdo Federasiyası və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə sosial inkluzivlik çərçivəsində cüdo idman növünün əsaslarından birini təşkil edən təhlükəsiz yıxılma (Safe fall) üzrə beynəlxalq seminar təşkil edilib.

 

Bu barədə Aztibb.az-a Bakı Sağlamlıq Mərkəzindən xəbər verilib.

 

Seminar “Safe fall” təlim və tədris üzrə beynəlxalq dərəcəli ekspert, Beynəlxalq Cüdo Federasiyasının Elmi şurasının üzvü, professor Maykl Kallan tərəfindən aparılıb.

 

İki gün ərzində xəstəxana şəraitində davam edən təlimə sosial həss qrup hesab olunan 45-65 yaşlı insanlar cəlb olunub. Seminar zamanı iştirakçılar yıxılmanın bədbəxt fəsadlarını azaltmaq üçün cüdonun xüsusi üsulları haqqında məlumat və təcrübi biliklər əldə ediblər.

 

Tədbirin məqsədi cüdonun fiziki, əqli sağlamlıq, disiplin və bədən tərbiyə metodu kimi imkanlarından yararlanmaqdır. Həmçinin təqaüd yaşına çatan yaşlıları ölümcül və zədəli yıxılmalardan qorumaq və onların sağlamlığının və əmək qabiliyyətinin qayğısına qalmaqdır.


Qeyd edək ki, təlimdən əvvəl bütün iştirakçılar Mərkəzdə hərtərəfli tibbi müayinədən keçib, onların iştirakının sağlamlıq vəziyyətlərinə uyğun olması təmin edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır