Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası məqsədilə regional toplantı keçirilib
24.08.2023 16:10

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin nəticələrinin qiymətləndirilməsi və yekun hesabat təqdimatı məqsədilə regional toplantı keçirilib.

 

ÜST-nin Azərbaycan Nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, hibrid görüşün birinci yarısında çıxış edən ÜST-nin Avropa üzrə Səhiyyə Siyasəti və Sistemləri üzrə direktoru Nataşa Azzopardi Muskat və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı açılış nitqində layihənin əhəmiyyəti barədə danışıblar.

 

Daha sonra ÜST-nin Avropa üzrə Regional Ofisindən olan ekspertlər humanitar fövqəladə hallar zamanı psixi sağlamlıq və psixososial dəstək, o cümlədən hamı üçün psixi sağlamlığın transformasiyası konsepsiyası haqqında təqdimatla çıxış ediblər.

 

İclasın üçüncü hissəsində layihə icraçıları əsas uğurları və əldə etdikləri dərsləri regional idarə heyəti üzvlərinə təqdim ediblər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB daxil olmaqla yerli tərəfdaşlar da görüşdə iştirak edərək, layihənin nailiyyətləri haqqında fikirlərini ÜST-nin regional idarə heyətinin üzvlərinin diqqətinə çatdırıblar.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib