TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edir
24.08.2023 14:54

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Ali təhsil (Tibb təhsili);
• Sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Kompüter bilikləri: “Microsoft Office” – sərbəst;
• Dil bilikləri: İngilis dili – yaxşı ;
• İnfeksion nəzarət sistemi üzrə beynəlxalq və ya yerli sertifikatlar-arzuolunandır;

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

• Problemi təhlil etmə bacarığı;
• Təşəbbüskarlıq;
• Nəticəyönümlülük;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Dəqiqlik;
• Analitik düşüncə;
• Komandada işləmə bacarığı.

 

 İşin təsviri:
• Daxil olan məktub, ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Tabeli müəssisələrdə İnfeksion nəzarət komitələrinin fəaliyyəti üzrə hesabatlarının və statistik məlumatlarının toplanılaraq lazımi hesabatların hazırlanmasında iştirak etmək;
• Tibb müəssisələrinin sanitar-epidemioloji norma və qaydalara uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
• Təlimat, qayda, prosedur və s. kimi sənədlərin hazırlanmasında iştirak etmək;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
• Tabeli müəssisələrdə mövcud Yoluxucu xəstəliklər şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və nəzarəti həyata keçirmək.

 

Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 04.09.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinə aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

 

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib