Mərkəzi Gömrük Hospitalında Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş olub
24.08.2023 10:29

Mərkəzi Gömrük Hospitalında Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru, transfuzioloq, Qan köçürmə şöbəsinin rəhbəri Emin Səlimov ilə görüş keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin fəaliyyəti və təşkilatçılığı ilə keçirilən maarifləndirici elmi tədbirlər, Mərkəzi Gömrük Hospitalında icra olunmuş unikal əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları və Qan Bankının fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov bildirib ki, Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, pandemiya dövründə ən ağır kovidli xəstələrin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından uğurla istifadə edilmişdir.

 

Eyni zamanda, görüşdə Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universiteti ilə qarşılıqlı əməkdaşlıq planları, transfuziologiya sahəsi üzrə birgə elmi tədbirlərin keçirilməsi müzakirə olunub.

 

Daha sonra Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru Emin Səlimova Mərkəzi Gömrük Hospitalının Nefrologiya, Anesteziologiya və Reanimasiya, Tibbi Laboratoriya, Qan Mərkəzi və digər şöbələrinin fəaliyyəti barədə məlumat verilib.

 

Qonaq Mərkəzi Gömrük Hospitalında pasiyentlərin abulator və stasionar müalicəsi üçün yaradılmış şəraitdən məmnun olduğunu bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev