Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24 saat fəaliyyət göstərir
23.08.2023 10:00

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 15 ilə yaxındır ki, peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, bu illər ərzində Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı  tibb personalının vaxtında göstərdiyi ilk tibbi yardım  minlərlə xəstənin sağalmasında mühüm rol oynayıb.

 

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi yardım  şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Həmçinin pediatrik  briqada  yeni doğulmuş körpələrin xüsusi kuveyzlə  daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili Yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır;

 

Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək  bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini, var-qüvvələri ilə çalışmalarını nümayiş etdirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibbi briqası istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq yüksək peşəkarlıqla tibbi xidmət göstərir. Təcili tibbi yardım şöbəsinin tibb personalı çağırış ünvanında portativ aparatlarla USM, EKQ və laborator müayinələrini həyata keçirir. ərkəzi Gömrük Hospitalının Təcili Tibbi yardım şöbəsi 7/24, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hər zaman hazırdır.

 

Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib