Pulmonoloq: "Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir"
22.08.2023 23:03

Pnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir.

 

Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Elxan Cəfərov məlumat verib.

 

Pulmonoloq bildirib ki, pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb ola bilər. Bakterial pnevmoniyalar həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. Bakterial pnevmoniyanın əlamətləri titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, yaşıl və ya sarı bəlğəm ifrazıdır.

 

"Əgər kimdəsə öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırma olarsa, mütləq həkimə müraciət etməsi tövsiyə olunur. Pnevmoniyaya vaxtında diaqnoz qoyulub, düzgün müalicə aparılmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəli ola bilər. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq, kompleks olaraq aparılmalıdır", - deyə E.Cəfərov qeyd edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib