Tibb tarixində bu gün: Kimyaçı Jan Serve Stas anadan olub
21.08.2023 15:57

21 avqust 1813-cü ildə məşhur belçikalı kimyaçı, atom kütlələrinin ilk dəqiq ölçülərini aparan Jan Serve Stas (1813-1891) anadan olub.


J.Stas Leuvendə anadan olub və əvvəlcə həkim kimi təhsil alıb. Daha sonra kimyaçı kimi Parisdə Jan-Batist Dumasın rəhbərliyi altında çalışıb. Stas və Dumas karbonun atom çəkisini təmiz material nümunəsini çəkərək, onu təmiz oksigendə yandıraraq, sonra isə əmələ gələn karbon qazını çəkərək təyin ediblər.


1840-cı ildə J.Stas Brüsseldəki Kral Hərbi Məktəbinə professor təyin edilir. O, oksigen üçün 16 atom kütləsini standart olaraq istifadə edərək, elementlərin atom çəkilərini əvvəlkindən daha dəqiq müəyyən etməklə beynəlxalq şöhrət qazanır. Onun nəticələri ingilis fiziki Uilyam Proutun bütün atom çəkilərinin hidrogenin çəkisinin tam qatları olması ilə bağlı fərziyyəsini təkzib edir. Stasın bu diqqətli, dəqiq atom çəkisi ölçmələri Dmitri Mendeleyevin və başqalarının elementlərinin dövri sisteminin əsasını qoymağa kömək edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır