"Dahi təbiblər" rubrikasının növbəti buraxılışı: Azərbaycan SSR səhiyyə naziri Hənifə Abdullayev
21.08.2023 13:40
"Dahi təbiblər" rubrikasında Azərbaycan həkimi və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor və Azərbaycan SSR səhiyyə naziri Hənifə Məmmədağa oğlu Abdullayev haqqında məlumatları təqdim edirik. 
 
O, 1923-cü ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya fakültəsinə qəbul olan Hənifə Abdullayev iki il burada oxuduqdan sonra təhsilini İkinci Moskva Tibb İnstitutunda davam etdirib. Buranı əla qiymətlərlə bitirərək Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda şöbə rəhbəri kimi fəaliyyət göstərib.
 
1967-ci ildə Azərbaycanda işləməyə dəvət edilən Hənifə Abdullayev elə həmin il "Hemofilin klinik müalicəsi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək professor elmi adını alıb.
 
1970-1979-cu illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb. 1979-cu ildən həyatının sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasına rəhbərlik edib.
 
Professor Hənifə Abdullayev 1969-cu ildən Ümumdünya Hemofiliya Assosiasiyasının üzvü olub, ABŞ, Almaniya, Türkiyə, İran, Fransa, Çexoslovakiya və başqa ölkələrdə keçirilmiş tibbi konfranslarda hemofiliya və talassemiyaya dair elmi mühazirələr oxuyub.
 
O, "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, bir sıra medallar, eləcə də Yunanıstanın Qırmızı Xaç Cəmiyyətinin "Qızıl xaç" ordeni ilə təltif edilib.
 
Hənifə Abdullayev 14 mart 1991-ci ildə vəfat edib.
 
TƏBİB
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev