Tibb tarixində bu gün: Nüfuzlu psixoloq Burres Frederik Skinnerin anım günüdür
19.08.2023 10:47

1990-cı ilin avqustunda XX əsrin ortalarının ən nüfuzlu psixoloqlarından biri Burres Frederik Skinner (1904-1990) vəfat edib. O, biheyverizm nəzəriyyəsinin inkişafına və tanınmasına mühüm töhfə verib.


B.Skinneri psixologiyaya rus fizioloqu İvan Petroviç Pavlovun şərti reflekslər haqqında işi, Bertran Rasselin davranış haqqında məqalələri və Con B.Vatsonun ideyaları cəlb edirdi. Fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra B.Skinner tədqiqatlarını davam edir və "Orqanizmlərin Davranışı" (1938) əsərini yazır.


1948-ci ildən Harvard Universitetində psixologiya professoru olduğu müddətdə B.Skinner böyük psixoloqlar nəslinə təsir edir. O, yaratdığı müxtəlif növ eksperimental avadanlıqlardan istifadə edərək, laboratoriya heyvanları üzərində davranışla bağlı tədqiqatlarını aparır. Bunun bariz nümunəsi stolüstü tennis oynamağı öyrənən göyərçinləri idi. Onun ən məşhur ixtiralarından biri olan Skinner qutusu, dərmanların heyvanların davranışını necə dəyişdirə biləcəyini müşahidə etmək üçün əczaçılıq tədqiqatlarında qəbul edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır