Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə tədbirlərə start verilib
18.08.2023 20:36

"İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Binəqədi Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında tədbir keçirilib.

 

İctimai Birlikdən Aztibb.az-a verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi adlı layihə çərçivəsində baş tutub.

 

Tədbiri giriş sözü ilə açan Binəqədi Gənclər Evinin nümayəndəsi Fərəh Quliyeva “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri təhlükəli infeksion xəstəliklərdən qorumaq üçün həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmini diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Binəqədi Gənclər Evinin təmsilçilərinə minnətdarlığını bildirib.

 

Onun sözlərinə görə, bir sıra yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər bilgili olmaq vacibdır: “Məsələn, viruslu hepatitlər, əsasən də Hepatit B, D və C, həmçinin QİÇS vərəm təhlükəli yoluxucu xəstəliklər sırasında yer alıb. BMT-nin Dayanıqlı inkişaf  məqsədləri gündəliyində bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirməişlərinin aparılması xəstəliklərin yayılmasının qarşısını almaqla yanaşı, həm də səhiyyə xərclərinin optimallaşdırılmasına xidmət edir. Gənclərimizin zamanında məlumatlandırılması isə perspektivdə sağlam gənc nəslin yetişməsinə yönələn təşəbbüsdür.”

 

Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirr barədə geniş məlumatlar və tövsiyələr verib. Həmçinin, iştirakçıların diqqətinə icbari tibbi sığorta ilə tibbi xidmətlərdənistifadə etmək qaydaları barədə vacib məqamları çatdırıb. Deyilənlərin yaddaqalan olması üçün animasiya çarxları nümayiş olunub.

 

Vərəm xəstəliyi barədə təqdimatı isə gənclərə Vərəm Əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva çatdırıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.

 

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanıb. Kitabçalar aidiyyatı mövzu üzrə İctimai Səhiyyə və İslahatlar Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən töhfə olunub.

 

Həmçinin "Veysəloğlu Distribusiya” şirkətinin şəxsi gigiyena və təmizlik üzrə “Colgate-Palmolive”  markalarının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr - diş fırçaları və sabunlar paylanıb.  

 

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etməkməqsədilə Binəqədi Gənclər Evinə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və “Əllərinizi yuyun” adlı stikerlər təqdim olunub.

 

Layihə çərçivəsində növbəti tədbirlərin Qaradağ Gənclər Evi və Xəzər Gənclər Evində keçirilməyi nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”