Suda boğulma ilə bağlı 47 müraciət daxil olub
17.08.2023 15:29

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 03.06.2023-13.08.2023 tarixləri aralığında suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, onlardan 9 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfər hospitalizasiya olunub və təəssüf ki, 19 nəfər isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnə qədər vəfat edib.

 

Qeyd edək ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasın təcili yardım briqadaları növbəli şəkildə xidmət aparır.

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobillərində suda boğulan şəxslərə ilkin tibbi yardım tədbirlərini həyata keçirmək üçün hər bir təchizat və təminat mövcuddur. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6–7 dəqiqədən sonra isə yalnız 1–3%-ni xilas etmək mümkündür.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib