Əməkdar həkim Vasif Abdullayev - Peşəkar həkimlərimizi tanıyaq!
23.08.2023 16:07

"Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-nın l Pulmonologiya şöbəsinin müdiri, t.ü.f.d. Vasif Abdullayevdən bəhs edəcəyik.

 

O, 12 may 1957-ci ildə Goranboy rayonunda anadan olub. 1974-1978-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Bakı şəhəri 3 saylı klinikada internatura kursu keçib.

 

V.Abdullayev 1981-1983-cü illərdə Goranboy Mərkəzi Xəstəxanasında Təcili yardım şöbəsinin müdiri, 1983-1987-ci illərdə Goranboy Mərkəzi Xəstəxanasında Terapiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
1988-ci ilin fevral ayından Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda işləyir.

 

Peşəkar həkim Avropa Respirator Cəmiyyətinin üzvüdür.

 

O, 1995-ci ildə dissertasiya işinu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 150-dən çox tezis və elmi məqalənin müəllifidir.

 

2012-2017-2022-ci illərdə Terapiya üzrə sertifikasiyalardan keçib.

 

V.Abdullayev 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib