Teymur Musayev TDT-nin Baş katibi və üzv ölkələrdən olan həmkarları ilə görüşüb
17.08.2023 10:47

Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüş zamanı Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyi münasibətilə təbriklərini çatdırıb.

 

Yalnız bu ilin iyul ayında 2 dəfə Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında və Şuşa Qlobal Media Forumunda iştirakını bildirən Təşkilatın Baş katibi ölkəmizin müxtəlif beynəlxalq tədbirləri hər zaman yüksək səviyyədə təşkil etdiyini vurğulayıb.

 

Göstərilən yüksək etimada görə TDT-nin Baş katibinə təşəkkürünü bildirən Teymur Musayev vurğulayıb ki, uğurlu fəaliyyət nəticəsində quruma üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, o cümlədən regional əməkdaşlığın dərinləşməsində Təşkilat mühüm rol oynayır: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin, quruma üzv və müşahidəçi ölkələrin beynəlxalq nüfuzunun və sosial-iqtisadi potensialının artmasını yüksək qiymətləndirir”.

 

Teymur Musayev, həmçinin öz həmkarları Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovla, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyatla ikitərəfli görüşlər keçirib.

 

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.

 

Keçirilən ikitərəfli görüşlər çərçivəsində Teymur Musayev qeyd edib ki, 30 illik işğaldan sonra azad olunan əzəli torpaqlarımızda Türkiyə dövləti bərpa-quruculuq işlərinə aktiv şəkildə cəlb olunub və bir çox infrastruktur layihələrində iştirak edir. Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Hökumətinin qərarı ilə məktəb, Qazaxıstan Hökuməti tərəfindən isə Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Həmçinin Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv