Hər iki böyrəyini itirmə təhlükəsi olan körpə uğurla əməliyyat edilib
19.08.2023 11:13

Yeni doğulan körpə qızlarının hər iki böyrəyini itirmə təhlükəsi olduğunu öyrənən valideynlər Mərkəzi Klinikaya müraciət ediblər. Körpədə sidiyə çətinliklə çıxma, qızdırma, qusma, çəki almama, inkişafdan geri qalma var idi.

 

Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov Aztibb.az-a bildirib ki, müayinələr zamanı körpəni bu vəziyyətə salan səbəbin böyrəklərdə ciddi genişlənmə olduğu ortaya çıxıb. Böyrəklərdəki genişlənmənin səbəbi isə sidiyin böyrəyə əks istiqamətdə geri qayıtması (grade 5 VUR) olub:

 

"Belə gözləmək körpəni incitmək və böyrəyi itirmək demək idi. Ona görə məcburi cərrahi əməliyyat qərarı verildi.

 

İlkin olaraq, böyrəyi qorumaq üçün sidik axarı müvəqqəti qarnın ön divarına çıxarıldı (Üreterostoma). Körpə qızı qoruma altına alıb böyüməsini gözlədik. 1 yaşı tamam olanda isə sidiyin geriyə qayıtmasının qarşısını almaq məqsədilə cərrahi əməliyyat (Üreteroneosistostomiya) icra etdik".

 

F.Hüseynov vurğulayıb ki, uğurlu əməliyyatdan 1 həftə sonra körpə tam sağlam şəkildə evə yola salınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev