Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
21.08.2023 09:45

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə xoş, mehriban rəftarı, eyni zamanda uğurlu əməliyyatları ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış yüksəkixtisaslı həkim, ümumi cərrah, t.ü.f.d. Aynur Səfiyevanı təqdim edirik.

 

O, Mərkəzi Gömrük Hospitalında ümumi cərrahi xidmətlər, cərrahi və konservativ qastroenterologiya, kolorektal cərrahiyyə, funksional və endoskopik müayinələr, cərrahi proktologiya və FQDS kolonoskopiya daxil olmaqla bütün növ endoskopik müdaxilələri həyata keçirir.

 

Aynur Səfiyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura keçib. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib.

 

Həkim əmək fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında ümumi cərrah kimi başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə MediClub Klinikasında konsultant-koloproktoloq kimi çalışıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah kimi çalışır.

 

“Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən cərrah tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

O, 35-dən çox elmi məqalənin və tezisin müəllifidir. Alimin həm yerli, həm də nüfuzlu beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrinə çoxlu istinadlar edilir. Həkimin jurnallarda dərc olunan elmi məqalələrindən əlavə, elmi araşdırmaları xarici ölkələrdə nəşr olunan kitablara da daxil edilir. Belə ki, dünyaca məşhur “Springer” nəşriyyatının çapdan çıxmış “Anal fistula və abses” adlı kitabında Aynur həkimin yazdığı bir paraqraf da yer alıb.

 

Aynur Səfiyeva Avropa Koloproktoloji Dərnəyinin Şərq ölkələri üzrə regional təmsilçisidir. Hazırda o, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Əlaqələndirmə Şurasında İşçi Qrupun elmi katibi vəzifələrində çalışır.

 

Ümumi cərrah Avropa İttifaqının “Qadın böyük qüvvədir” layihəsinin sertifikatına layiq görülüb. 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və 2023-cü ildə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev