TƏBİB və TÜİB arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
15.08.2023 12:29

TƏBİB ilə “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” arasında görüş keçirilib.


Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, görüşdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyəti, eyni zamanda dövlət-özəl sektor tərəfdaşlığı modelinin tətbiqi barədə qonaqlara məlumat verib. O qeyd edib ki, ölkədə səhiyyə sisteminin gücləndirilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin olunması ilə əlaqədar TƏBİB tərəfindən mühüm işlər həyata keçirilib.

 

TÜİB İdarə Heyətinin üzvü, Səhiyyə komissiyasının sədri Ender Kavuk TÜİB-in fəaliyyət istiqaməti barədə məlumat verib, səhiyyənin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

 

Görüşdə cari ilin sentyabrında ortopediya sahəsi ilə əlaqədar təşkil ediləcək beynəlxalq tibbi konfransla bağlı müzakirələr aparılıb. Həmçinin, TÜİB tərəfindən konfrans iştirakçısı olan həkimlərin 20 DTT balı əldə edəcəyini bildirilib.

 

Sonda TƏBİB və TÜİB nümayəndələri arasında səhiyyə sahəsində gələcək əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev