Oksford Universitetində hazırlanan koronavirusa qarşı peyvənd immunitet sisteminə müsbət təsir edir
21.07.2020 14:16

Oksford Universiteti tərəfindən hazırlanan koronavirusa qarşı peyvənd təhlükəsizdir və immunitet sisteminə müsbət təsir edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Oksford tədqiqat qrupundan professor Endryu Pollard məlumat verib.

 

O, bildirib ki, bu peyvəndin sınağında 1077 nəfər iştirak edib. "Peyvənd koronavirusla mübarizə edə biləcək antikorlar və T hüceyrələri yaratmasına səbəb oldu. Həm zərərsizləşdirən antikorları, həm də T-hüceyrələrini gördüyümüz üçün əldə olunan nəticələrdən çox məmnunuq".

 

Sınaqların davam etdiriləcəyi bildirilib.

 

Qeyd edək ki,“AstraZeneca” şirkəti ilə Oksford Universiteti tərəfindən hazırlanan peyvənd üçün 100 milyon dozalıq saziş imzalayıb. İngiltərə hökuməti indiyə qədər müsbət nəticələr verən və ya vəd edən şirkətlərlə 90 milyon dozalıq peyvənd müqaviləsi imzalayıb.

 

Bu peyvəndlərin nəticələri hələ ki, məlum deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır