Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti üçün təlim təşkil olunub
14.08.2023 12:56

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Medic School Training Center tərəfindən xəstəxananın həkim və orta tibb heyəti üçün "Amerika Ürək Assosiasiyasının” BLS protokolu üzrə təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, təlimdə “Amerika Ürək Assosiasiyanın” beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən iştirakçılara körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiya) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, effektiv komanda işi, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrıların idarə olunması və s. mövzular üzrə ətraflı məlumat verilib.

 

Tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçıların intensiv praktiki bacarıqlarını daha da təkmilləşdirmək üçün protokollara cavab verən xüsusi tibbi avadanlıqlardan istifadə olunub.

 

Sonda təlimin keçirilməsi ilə əlaqədar yaratdığı şəraitə görə xəstəxana rəhbərliyinə Medic School Training Center tərəfindən təşəkkürnamə, təlim iştirakçılarına isə sertifikatlar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib