“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib - QƏRAR
12.08.2023 10:59

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edib.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsi şərtləri genişləndirilib.

 

Şərtlərə edilən yeni əlavəyə əsasən, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın həmin tibb müəssisəsində stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir, stasionar tibbi xidmətin tarifinə əsasən sığorta ödənişi hesablanır və ödənilir.

 

Sənədin əlavəsində olan cədvəlin 2.2.1-2.2.77-ci yarımbəndlərində nəzərdə tutulan ambulator tibbi xidmətlər sığortaolunanlara aşağıdakı şərtlərlə göstərilir:

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bir təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən tibbi xidmət üzrə 30 müraciət və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə sığorta limiti çərçivəsində verilir.

 

Bu Sənədin 6.7.1-ci yarımbəndində nəzərdə tutulmuş müraciət üzrə say məhdudiyyəti və sığorta limiti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək əlilliyi müəyyən olunmuş, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə şamil edilmir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub