“Sağlam olaq - donor olaq” devizi altında görüş
12.08.2023 09:14

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları arasında “Sağlam olaq - donor olaq” devizi altında görüş keçirilib.


Aztibb.az xəbər verir ki, görüşdə Mərkəzin İdarə Heyətinin sədri Fuad Rəsul Mərkəzin fəaliyyət istiqaməti, keçirilmiş tədbirlər barədə çıxış edib və qan donorluğunun faydaları haqqında tədbir iştrakçılarına geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi respublikada müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Həmçinin Respublikamızda asayişin qorunub saxlanılmasında gecə-gündüz yorulmadan fəaliyyət göstərən daxili işlər orqanlarının bütün əməkdaşlarına qan donorluğu sahəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


Qeyd edək ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev