Ağsu Rayon Mərkəzi Xəstəxanasının peşəkar cərrahı - Fazil Əzizov
15.08.2023 09:18

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyun 2023-cü il tarixli Sərəncamı ilə səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə “Əməkdar həkim” fəxri adı ilə təltif olunanlardan biri də həkim-cərrah Əzizov Fazil Əziz oğludur. O, hazırda TƏBİB-in tabeliyindəki Ağsu Rayon Mərkəzi Xəstəxanasında çalışır.

 

Aztibb.az xəbər verir ki, Fazil Əzizov 1952-ci ildə Ağsu rayonunun Rəhimağalı kəndində anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb.

 

1978-1980-ci illərdə M.Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tibb qardaşı işləyib. 1981-1982-ci illərdə həmin tibb müəssisəsində Cərrahiyyə ixtisası üzrə internatura təhsili alıb.

 

O, 1982-2020-ci illərdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı, 2020-ci ildən etibarən isə Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev