STM tərəfindən uşaq bağçalarında mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur
11.08.2023 10:11

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) uşaq bağçalarında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir.

 

STM-dən Aztibb.az-a bildirilib ki, bu tədbirlərin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

 

Növbəti belə tədbirlər 38 nömrəli və 65 nömrəli Körpələr evi-uşaq bağçalarında keçirilib.

 

4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, pediatrları Sevinc Hüseynova, Vüsalə Məmmədova və Aybəniz Əmiraslanova uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti ilə bağlı valideynlərə ətraflı məlumat verib.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirlərdə valideynləri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır