Ötən ay Sumqayıtda 16 nəfəri gün vurub
10.08.2023 14:18

Sumqayıt şəhərində 2023-cü il iyul ayında 16 nəfər günvurma və istivurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

 

STM-dən Aztibb.az-a verilən xəbərə görə, 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər Novxanı kəndi ərazisindən müraciət daxil olub. Onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.

 

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.
Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.

 

Şəhər əhalisinə məsləhət görülür ki, günəş şüasının intensiv vaxtlarında yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə tərəvəzlər , sərin şirələr və maye qəbul etsinlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib