Respublika Psixiatriya Xəstəxanasının sabiq baş həkimi məhkəmədə dindirilib
09.08.2023 13:08

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sözügedən xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov dindirilib.

 

O bildirib ki, H.Seyidovu iş yoldaşı kimi tanıyıb: "Ondan heç kimin narazılığı olmayıb. Xəstələr də, xəstə ziyarətçiləri də Hüseynlə normal münasibətdə idi. Gün ərzində xəstəxanaya 80-100 xəstə qəbul olunurdu. Hər şey də normal idi. Təqsirləndirilən şəxslə hansısa xəstənin problem yaşadığını eşitməmişəm. Hüseynin kimdənsə pul almasından isə xəbərim olmayıb".

 

Məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. Məhkəmədə onun istintaq ifadəsi elan olunub.

 

A.Rəsulov istintaq dindirilməsində bildirilib ki, baş həkim H.Seyidovun rüşvət almasından xəbəri olub: "Cinayət işində zərərçəkmiş kimi tanınan xəstələri tanıyıram, Hüseyn onlardan rüşvət alıb. Bir dəfə aldığı rüşvətdən 150 manatı da mənə verib”.

 

Şahid isə məhkəmədə deyib ki, ibtidai istintaqa ifadə verməyib.

 

Daha sonra Respublika Psixiatriya Xəstəxanasının Arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova dindirilib. O bildirib ki, Arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb: "Mən sənədlərlə işləmişəm. Heç bir xəstə və həkimlə görüşməmişəm, kiminsə pul almasını görməmişəm".

 

Prosesdə ifadə verən digər şahid Könül Əliyeva isə söyləyib ki, xəstəxanada tibb bacısı işləyib. Onun sözlərimə görə, həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməyib.

 

Proses avqustun 22-də davam etdiriləcək.

 

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

 

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib