Təcili yardım nə zaman çağırılır?
10.08.2023 09:05

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün yüksəkixtisaslı tibbi heyəti ilə 7/24 saat hər bir ünvana operativ şəkildə tibbi yardım göstərməyə hazırdır. Təcili yardım briqadası yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücü-paramedikdən ibarətdir. Təcrübəli və dinamik tibbi komanda ilə birlikdə həm xəstəxana şəraitində, həm də hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin müdiri Nərgiz Kərimova məlumat verib.

 

Onun sözlərinə görə, briqadaların müasir portativ avadanlıq dəsti ilə təchiz olunması vəziyyətin ağırlığından asılı olmayaraq xəstələrə tibbi yardım göstərməyə, eləcə də ağciyərlərin süni tənəffüsünə ehtiyacı olanların daşınmasına imkan verir. Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Bir çox hallarda daha tez, yaxın ünvanlara hətta 3 dəqiqəyə çatırlar.

 

N.Kərimova bildirib ki, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli çağri mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.

 

"Təcili yardım”a zəng etdikdə həyəcanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu qısa izah edin. "Təcili yardım”ın dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin. Çünki bu önəmlidir. "Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin.

"Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir. Bu yolla siz vaxta xeyli qənaət edərək "təcili yardım”ın sizə daha tez çatmasına yardım edərsiniz", -  deyə şöbə müdiri əlavə edib.   

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib