Ötən ay günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb - TƏBİB
09.08.2023 09:04
İyul ayı ərzində günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib.
 
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub.
 
 
Müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.
 
Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Leyla Paşayeva bildirib ki, günvurma günəş şüalarının bilavasitə təsiri nəticəsində, eləcə də rütubətin çox olduğu yerlərdə yaranır.
 
Onun sözlərinə görə, günvurma zamanı baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Hətta günvurma beyin ödemi və komaya da gətirib çıxara bilər.
 
“Günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni sərin yerə aparmaq, soyuq su vermək, üzünü və sinəsini soyuq suda isladılmış dəsmal ilə silmək lazımdır. Zərərçəkənin baş-boyun nahiyəsi soyuq tənzif və parça ilə bükülməlidir”, – deyə həkim qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib