Aygün Rəhimova: "Uşaqların 13-16 yaşlarında vərəmə yoluxma ehtimalı çoxdur"
09.08.2023 08:42
Səhiyyə Nazirliyi prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-ftiziatrı Aygün Rəhimova vərəm xəstəliyi ilə bağlı suallarımızı cavablandırıb.
 
Aztibb.az müsahibəni təqdim edir:
 

- Aygün xanım, ilk öncə bilmək istərdik ki, vərəm xəstəliyi nədir və bu xəstəliyə necə yoluxmaq olur?

 

- Vərəm dünyada geniş yayılmış xroniki yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə insana keçir. Vərəm xəstəliyini orqanizmə daxil olan turşuya davamlı vərəm mikrobakteriyası yaradır. Öz bioloji patogenik xüsusiyyətlərinə görə vərəm mikobakteriyaları insan, mal-qara, quş və gəmiricilər qruplarına ayrılır. 92 faiz hallarda insanlarda xəstəlik insan amili yaradır. Xəstəliyin yayılmasında yoluxmuş insanların rolu böyükdür. İnsan bədəninə daxil olan vərəm mikobakteriyası orqanizmin güclü immunitet sayəsində xəstəlik törətmir.

 

- Doktor, vərəm xəstəliyi daha çox hansı orqanlarda meydana çıxır?

 

- İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hallarda tənəffüs yolları vasitəsilə (hava-damcı, hava-toz) olduğu üçün ağciyərlər ən çox zədələnən orqan olur. Lakin vərəm mikobakteriyası bütün orqan və toxumalarda xəstəlik yaratmaq ehtimalı var. Məsələn, sümük və oynaqlarda, beyin qişaları və mərkəzi sinir sistemində, sidik-tənasül orqanlarında, bağırsaq, dalaq, göz və s.

 

- Vərəm xəstəliyinə yoluxduqda hansı klinik əlamətlər müşahidə olunur?

 

- Vərəm xəstəliyi zamanı əsasən intoksikasiya əlamətləri, zəiflik, gecələr tərləmənin artması, bədən çəkisinin azalması, 37,2-37,6 ̊C hərarət, uzunmüddətli öskürək, tez yorulma, əsəbilik, iştahanın pozulması müşahidə olunur.

 

- Vərəm xəstəliyinin uşaq və yeniyetmələr arasında nə qədər yayılıb?

 

- Uşaqların həyatının ilk illərində və 13-16 yaşında xəstələnmə ehtimalı çoxdur. Uşaq və yeniyetmələr arasında vərəmin erkən və lokal formalarını aşkar etmək üçün tuberkulinodiaqnostikadan (bədənin vərəm mikobakteriyasına qarşı xüsusi həssaslığını təyin etmək üçün diaqnostik test) istifadə olunur. Tuberkulinodiaqnostika 12 aylıqdan başlayaraq ildə bir dəfə qoyulur.

 

- Vərəmli xəstələrinin günlük rejimi və qidalanması necə olmalıdır?

 

- Vərəmin klinik formasından, yayılma dərəcəsindən və ağırlığından asılı olaraq, xəstələrin müxtəlif müalicə rejimlərinə ehtiyacı var. Xəstəliyin kəskin dövründə xəstə yataq rejiminə əməl etməlidir. Kəskin əlamətlər keçəndən sonra gün ərzində 15-30 dəqiqə arası gəzintiyə çıxa bilər. Əgər xəstə təyin edilmiş rejimə düzgün əməl edərsə, onun vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar.


Qida rejimində vərəmli xəstələr üçün zülallar xüsusi əhəmiyyət kəsb edir. Ən keyfiyyətli zülallar mal, qoyun, toyuq ətində, qara ciyərdə, balıqlarda, süd, kəsmik, yumurta, noxud, lobya və qarabaşaqda olur. Tərəvəzlər karbohidratlara tələbatı ödəməyə kömək edir.


Zülal, karbohidrat və yağlardan başqa orqanizmə vitaminlər də lazımdır. Vitaminlər çoxsaylı ərzaq məhsullarında olur. Məsələn, yumurta sarısı, yerkökü, ərik, pomidor, ispanaq, noxud, limon, naringi, qoz vasitəsilə vitamin balansını tənzimləmək olar.

 

- Vərəmdən tam sağalmaq mümkündürmü?

 

- Vərəmin müalicəsi kompleks şəkildə aparılır. Hər bir xəstəyə fərdi müalicə planı tərtib olunur. Müalicə və qida rejiminə riayət edən xəstələr bu xəstəlikdən sağalır.

 

- Doktor, vərəmdən qorunmaq üçün nəyə diqqət edilməlidir?

 

- Orqanizmin müdafiə qabiliyyəti zəif olduqda vərəm xəstəliyi yarana bilər. Orqanizmi zəiflədən faktorlara qrip, qızılca, pnevmoniya, şəkərli diabet, mədə və onikibarmaq bağırsağın xorası, zərərli vərdişlər (tütünçəkmə, narkomaniya) aiddir. Sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq qalmaq və ilkin simptomlarda həkimə müraciət xəstəlikdən qoruya bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub