Neftçala Rayon Mərkəzi Xəstəxanasında Təməl həyat dəstəyi təlimlərinə start verilib
07.08.2023 08:24
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təsdiq etdiyi keyfiyyət standartlarının tətbiqi ilə əlaqədar “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində TƏBİB-in təşkilatçılığı ilə işçilərə Təməl (BLS) həyat dəstəyi təlimlərinə start verilib. Bu məqsədlə xəstəxananın 500 nəfərlik tibbi və qeyri tibbi işçilərinin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.
 
Agentlikdən Aztibb.az-a verilən məlumata görə, təlimlərin başlanması ilə əlaqədar Neftçala RMX PHŞ-nin direktoru Elman Quliyev təlim iştirakçılarını təbrik edib, bu cür təlimlərin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O, təlimdə iştirak edənlərə müvəffəqiyyətlər arzulayıb.
 
İlkin olaraq xəstəxananın Reanimasiya İntensiv Terapiya Anesteziya şöbəsinin (RİTAŞ), Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYS) tibbi və qeyri tibbi personalı təlimlərə cəlb olunub. Təlimi Təkmil həyat dəstəyi (ALS) sertifikasiyasını almış xəstəxananın TTTYS-nın həkimi Pərviz Salayev və Keyfiyyətin idarə olunması üzrə rəhbər Zəminə Abbasova keçirib. Təlim zamanı təcili və təxirəsalınmaz halların idarə edilməsinə aid nəzəri məlumatlar verilib, kritik hallar zamanı təcili yardımın müasir protokolları dinləyicilərə çatdırılıb.
 
Növbəti mərhələdə isə slaydlarla, mulyaj və manekenlər üzərində ürək masajı, süni tənəffüs və s. kimi praktiki bacarıqların düzgün qaydada icra texnikaları öyrədilib. Bununla yanaşı, təlimdən əvvəl və sonra müasir protokollar əsasında hazırlanmış testlər vasitəsilə iştirakçıların bilik və bacarıq səviyyələrinin dəyərləndirilməsi aparılıb. Təlimdə iştirak edənlər praktiki olaraq təlimdə mənimsədiklərin icra ediblər. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır