Laboratoriya sisteminin situasiya təhlilinin yenilənmiş nəticələri təqdim edilib
04.08.2023 09:22
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ilə laboratoroya üzrə milli siyasət və strateji planın hazırlanması üçün laboratoriya üzrə işçi qrupla 2-ci görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan nümayəndəliyindən xəbər verilib.
 
Tədbirin əsas məqsədi Azərbaycanda laboratoriya fəaliyyəti ilə bağlı milli siyasət və strateji sənədlərin formalaşdırılmasında Milli Laboratoriya İşçi Qrupuna əlavə məsləhətlər vermək olub.
 
Görüş zamanı müxtəlif qurumlar, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin texniki ekspertləri tərəfindən laboratoriya sisteminin situasiya təhlilinin yenilənmiş nəticələri təqdim edilib.
 
Məqsəd sektorlar arası ekspert qrupunu mövcud kontekstdə, habelə boşluqların təhlili və milli strateji planın əsas istiqamətlərinin formalaşdırılması ilə bağlı hərtərəfli müzakirələrə cəlb etmək idi.
 
Bu müzakirələrin nəticələri ölkədə laboratoriya sisteminin gücləndirilməsinə və təkmilləşdirilməsinə yönəlmiş çoxsahəli milli laboratoriya siyasətinin və strateji planının hazırlanmasına dəstək olmaq məqsədi daşıyır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır