TƏBİB və ÜST-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində ilk tibbi yardım təlimləri təşkil olunub  
03.08.2023 18:07
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Simulyasiya Təlim mərkəzində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə Təməl (BLS) və Təkmil həyat dəstəyi (ACLS) təlimləri keçirilib.
 
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, təlimlər zamanı ÜST-nin təlimçiləri tərəfindən həkimlərə təcili və təxirəsalınmaz halların idarə edilməsinə aid nəzəri məlumatlar verilib, kritik hallar zamanı təcili yardımın müasir protokolları dinləyicilərə çatdırılıb. Növbəti mərhələdə isə mulyaj və manekenlər üzərində ürək masajı, süni tənəffüs, traxeyanın intubasiyası və s. kimi praktiki bacarıqların düzgün qaydada icra texnikaları öyrədilib. Bununla yanaşı, təlimdən əvvəl və sonra müasir protokollar əsasında hazırlanmış testlər vasitəsilə iştirakçıların bilik və bacarıq səviyyələrinin dəyərləndirilməsi aparılıb.
 
Qeyd edəki ki, Bakı şəhərində çalışan bütün təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə bu kimi təlimlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev