Respublika Klinik Xəstəxanasının Laboratoriya şöbəsinə baxış keçirilib
03.08.2023 08:12

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğunun müayinəsinin keyfiyyətinin artırılması məqsədilə Respublika Klinik Xəstəxanasının Laboratoriya şöbəsinə baxış keçirib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, baxış zamanı Ayaz Hüseynovu Respublika Klinik Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Şəlalə Əliyeva, Hematologiya şöbəsinin hematoloqu Mina Adıgözəlova və Referans Medical Group şirkətinin tibbi koordinatoru İlqar Tapdıqlı müşayiət ediblər.

 

Qeyd edək ki, Laboratoriya şöbəsinin fəaliyyəti daim diqqət mərkəzindədir. Respublika Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən bir çox çatışmazlıqlar müəyyənləşdirilərək aradan qaldırılıb. Qanın laxtalanma pozğunluğunun yoxlanışı üçün 4 həkim laborant ayrılıb və laboratoriya tam avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunub.

 

Hazırda operativ şəkildə qanın laxtalanma faktorlarının müayinəsi aparılır və laboratoriya hematologiya şöbəsilə sıx şəkildə çalışır.

 

Lakin baxış zamanı hemofiliyanın inhibitor formasının və trombosit funksiya və keyfiyyətinin yoxlanmasında çətinliklərin olması müşahidə olunub. Bununla bağlı əlavə avadanlıqlarla təchizatın olması və kadrların təkmilləşməsinin zəruriliyi bildirilib.

Öncələr Respublika Klinik Xəstəxanasında hemofiliyanın müalicəsində uşaq şöbəsi olmayıb, son zamanlaradək uşaqlar böyüklərlə birgə ambulator və stasionar müalicə alıblar. Bu da psixoloji və tibbi normalara uyğun olmadığı üçün hazırda Respublika Klinik Xəstəxanası direktoru Elviz Qasımovun göstərişilə hemofiliyalı uşaqların ayrı və individual müalicəsi üçün uşaq şöbəsi yaradılıb.

 

İslahatların tezləşdirilməsi məqsədi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə danışıqlar aparıb və yaxın zamanda hemofiliyanın müalicəsi üçün beynəlxalq standartlara uyğun modelin yaradılması üçün Portuqaliyadan və İrlandiyadan beynəlxalq həkim və ekspertlərin Azərbaycana dəvəti planlaşdırılıb.

 

Məqsəd illərlə qalan ciddi problemlərin kökündən həll edilməsi, qısa bir zamanda dövlət səhiyyə qurumlarına yardım etmək və keyfiyyətli müalicəyə nail olmaq üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dəstəyin göstərilməsidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır