MBBİ-də özbəkistanlı alim Fəxrəddin Kuşanovun iştirakı ilə elmi seminar keçirilib
01.08.2023 13:00

Azərbaycanda səfərdə olan Özbəkistan Elmlər Akademiyası Genetika və Eksperimental Biologiya İnstitutunun əməkdaşları – böyük elmi işçi, prof. Fəxrəddin Kuşanov və böyük elmi işçi, PhD Ozod Turayev AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu (MBBİ) ziyarət ediblər.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, əvvəlcə qonaqlar institutun laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olublar.

 

Sonra elmi seminar keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qonaları salamlayaraq belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

 

Prof. Fəxrəddin Kuşanov apardığı elmi tədqiqat işlərinin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda onun rəhbərlik etdiyi laboratoriyada müasir genetik və biotexnoloji metodlardan istifadə etməklə yeni pambıq sortlarının yaradılması və tətbiqi istiqamətində geniş tədqiqatlar aparılır. Pambıq genofondunun kolleksiyasına pambığın mədəni növlərindən 7500 sort nümunə daxil edilib.

 

Sonda özbəkistanlı alim MBBİ əməkdaşlarının verdiyi çoxsaylı sualları cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır