ÜST “Remdesivir”i koronavirusa qarşı təsirsiz hesab edir
16.10.2020 16:45

ABŞ-ın “Gilead Sciences“ əczaçılıq konserninin təqdim etdiyi “Remdesivir” dərman preparatı COVID-19 xəstəliyinin müalicəsi üçün təsirsizdir.

 

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aparılan elmi araşdırmaların nəticəsində elan edib. Qeyd edilib ki, həmin araşdırma zamanı bu dərmanın COVID-19 xəstələri üzərində əhəmiyyətli təsirə malik olduğu müəyyən edilməyib.

 

Beynəlxalq qurumun məlumatında bildirilir ki, elmi tədqiqat çərçivəsində dörd fərqli dərman preparatın xəstələrə təsiri öyrənilib. “Remdesivir“ ilə yanaşı, malyariya əleyhinə tətbiq olunan hidroksixloroxin maddəsi, QİÇS əleyhinə “Lopinavir/Ritonavir“ dərman preparatı və “İnterferon“ təsir maddəsi dünyanın 30 ölkəsində 11200 pasiyent üzərində sınaqdan keçirilib. Qeyd edilir ki, bu dərmanlar xəstələr arasında ölüm hallarının sayı və ya xəstəxanada qalma müddətinə cüzi təsir göstərmiş və ya heç bir təsir göstərməmişdir.

 

Məlumat üçün bildirək ki, ABŞ-da aparılan və bu ayın əvvəlində dərc edilən tədqiqat nəticələrinə əsasən, “Remdesivir” qəbul edən xəstələrin sağalma müddəti bu dərmanla müalicə almayan xəstələrlə müqayisədə beş gün sürətlənib. “Gilead Sciences” konsernindən bildirilib ki, ÜST-ün apardığı tədqiqatları bu dərmanın kliniki təsirlərini təsdiq edən məlumatlarla ziddiyyət təşkil edir. Konsernin ekspertləri ÜST-ün nəzarəti altında baş tutan qlobal araşdırmaların nəticələrinin ciddi yoxlanışdan keçmədiyini iddia ediblər və vurğulayıblar ki, bu istiqamətdə konstruktiv elmi diskussiyaların aparılması vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır