Fitoterapevtdən gözaltı torbalanmanın müalicəsi üçün təbii ÇARƏLƏR
31.07.2023 11:53
Gözaltı torbalanma və ya morluqları kimi xoşagəlməz hallar əsasən böyrək, qaraciyər, ürək, qan-damar sistemindəki problemlərdən sonra əmələ gəlir. Bu zaman əvvəlcə göz altında zəif torbalanmalar və zaman keçdikdə isə torbacıqlar böyüməyə başlayır, belə görünüş ilk baxışdan həmin insanın xəstə olmasını göstərir. Bəzi hallarda bədəndə K vitamini çatmayanda da torbacıqlar əmələ gələ bilir. Antibiotiklərdən (əsasən tetrasiklin qrupundan) çox istifadə etdikdə də əmələ gələ bilir. Gözaltı torbacıqlarının, mənim praktikamda, ən yaxşı effekt aldığım ud hindi ilə müalicəsi idi. Torbacıqların nədən əmələ gəlməsindən asılı olmayaraq ud hindi çox gözəl təsir göstərir. Çünki ud hindi geniş spektrli təsir göstərən dərman bitkisidir, saydığım bütün orqanların çatışmazlığı varsa təsir göstərə bilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 
 
Həkim bildirib ki, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb, ilıq olanda 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Başqa bir qəbul qaydası belədir 1 çay qaşığı ud hindi tozu ağıza atılır üstündən 1 stəkan su içilir və ya 1 çay qaşığı ud hindini 1 stəkan çiy suya qarışdırıb içə bilərsiniz. Ud hindinin dadı bəzi adamların xoşuna gəlməyə bilər belə insanlar, ud hindin kapsullarından istifadə edə bilərlər gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 2 kapsul içmək lazımdır, xəstəlik tam sağalana qədər. Xatırladım ki, ud hindi böyrəklərdə əmələ gələn daş, duz və qumlardan təmizləyir, böyrək iltihabını aradan qaldırır, qaraciyərin demək olar bütün çatışmazlıqlarında çox faydalıdır pd istehsalını artırır, hepatitlərdə əla nəticə verir, ağız acılığını aradan qaldırır, öd daşlarını əridir, ürək-qan damar sistemi üçün mükəmməldir, ateroskleroz və infarkt öncəsi istifadəsi olduqca faydalıdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev