Dənizə gedənlər diqqətli olmalıdır – İnfeksion xəstəliklər ola bilər  
31.07.2023 10:28
Yay mövsümündə sərinləmək və istirahət üçün ən yaxşı üsullardan biri də çimərliklərə getməkdir. Bu səbəbdən yay aylarında vətəndaşlar vaxtaşırı dənizə üz tuturlar. Amma nəzərə almaq lazımdır ki, bəzi infeksion xəstəliklərə dənizdə yoluxma ehtimalı daha çox olur.
 
Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Gülnar Axundzadə bildirib ki, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur:
 
“Çimərliklərdə infeksion xəstəliklərə yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur. Ən çox bilinən fekal-oral yolla yoluxan infeksion xəstəliklərdir. Daha çox rast gəlinən isə bağırsaq infeksiyalarıdır. Bu zaman hərarətin yüksəlməsi, ishal, qusma müşahidə olunur. Bu da daha çox uşaqlarda rast gəlinir. Bundan başqa çimərliklərdə selikli qişaların xəstəliklərinə də yoluxma çox olur. Məsələn, konyunktivit - gözün selikli qışasının iltihabına yoluxma ola bilər. Əgər dəridə hər hansı zədələnmə, kəsik və s. açıq hissə varsa, həmin sahədən infeksiyanın yoluxma ehtimalı daha yüksək olur. Fekal-oral yolla yoluxan viruslardan biri olan Hepatit A-ya da suda varsa, yoluxma ehtimalı ola bilər. Bundan başqa cinsi orqanların infeksiyaları, sidik yolları infeksiyalarına da rast gəlinir. Bu xəstəliklər immun sistemi aşağı olan, xroniki xəstəliyi olan şəxslərdə daha ağır müşahidə olunur”.
 
Gülnar Axundzadənin qeyd edib ki, dənizə gedərkən çirkli sulara girməmək, gigiyenik qaydalara əməl etmək, dənizi çirkləndirməmək lazımdır.
 
Onun sözlərinə görə, dənizə gedərkən bu viruslardan qorunmaq üçün xüsusi bir meyar yoxdur. Amma icazə verilən çimərliklərə getmək məsləhətlidir. Dəniz kənarının hər hissəsi çimərlik deyil. Suyun təmizliyi, tərkibində bakteriyalar, fekal-oral yolla keçən qurd xəstəlikləri gözlə görünən olmadığı üçün hər hansı virus, bakteriyaların olub-olmadığını bilmək olmur. Ona görə də yalnız icazə verilən, təmizliyindən əmin olduğumuz çimərliklərdən istifadə etmək lazımdır. Əgər su çirklidirsə, hava küləklidirsə, suya girməmək məsləhətdir. Gigiyenik qaydalara əməl etmək lazımdır. Ən vacib amillərdən biri də dənizi çirkləndirməməkdir. Hansısa şəxsdə bir yoluxucu xəstəlik varsa və bunu bilirsə, bu zaman ictimai çimərliklərdən istifadə etməməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır