"Son mərhələli böyrək çatışmazlığı olan pasiyent həyat yoldaşının böyrəyi ilə sağlam həyata başladı" - Tariyel Nadirov
30.07.2023 11:49
İki gün öncə həyata keçirdiyimiz böyrək transplantasiyası ilə xəstəmiz dializsiz həyatına davam etməyə başladı.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.
 
Məlumatda qeyd edilir ki, uzun müddətdir yüksək təzyiq və şəkərli diabeti olan xəstəmizdə son mərhələli böyrək çatışmazlığı yaranmışdı. Bu xəstəlikləri olan pasiyentdə, eyni zamanda, ürək damarlarında ciddi aterosklerotik darlıqlar yarandığı üçün 1 il əvvəl açıq ürək əməliyyatı (AKŞ) aparılmışdı.
 
"Əməliyyatdan sonra da kreatinin göstəriciləri yüksək olan xəstə 2 seçim arasında qaldıqda həyat yoldaşından gələn hədiyyə böyrəklə yenidən sağlam həyata bağlana bildi.
 
Pasiyentimiz dializə girmədən (premtiv nəql) köçürdüyümüz böyrəklə sağlam həyata başladı.

Bu gün hər ikisinin qan göstəriciləri normal oldu. Hər ikisini də yaxın günlərdə evə göndərməyi planlayırıq", - deyə Tariyel Nadirov bildirib.

Transplantoloq bu əməliyyatları həyata keçirməkdə əziyyəti olanlara təşəkkür edib.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev