Tərkibində aspartam olan qidalar və içkilər təhlükəsizdirmi? Professorun izahında
31.07.2023 11:33

Ümumdünya Səhiyyə Təşkilatı aspartamı "potensial kanserogen maddələr" siyahısına əlavə edib. İçkilərdən dərmanlara qədər geniş çeşiddə məhsullarda istifadə edilən aspartamın səbəb ola biləcəyi sağlamlıq problemlərindən qaçmaq üçün bəzi xəbərdarlıqlara diqqət yetirmək lazımdır.

Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, pəhriz içkiləri, hazır qəhvə, saqqız, şirniyyat, şokolad, konservlər, diş pastası, hətta bəzi dərmanların tərkibində "aspartam" adlı süni dadlandırıcı var.

Uzun illərdir istifadə edilən aspartamı gündəmə gətirən Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlama olub. ÜST-ə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Mərkəzi aspartamı "Qrup 2B", yəni "xərçəngdən şübhələnən maddələrin sinfi" olaraq təyin olunan siyahıya əlavə edib. Bununla belə, onun gündəlik təhlükəsiz aspartam istehlakı ilə bağlı tövsiyələri dəyişməz qaldı.

İlk dəfə 1965-ci ildə kəşf edilən aspartamın təhlükəsizliyi 1980-ci ildən bəri müzakirə mövzusudur. Beləliklə, aspartam hansı məhsullarda olur? İnsan sağlamlığına hansı təsirlər ola bilər? Aspartamla maraqlananlara Ankara Universitetinin professoru Ufuk Tansel Şirəli məlumat verib:

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi gündəlik norma bədən çəkisi üçün 40 mq-dır. Ümumdünya Səhiyyə Təşkilatı, aspartamın gündəlik təhlükəsiz istehlak miqdarını əvvəlki illərdə olduğu kimi dəyişməmiş və bədən çəkisi üçün 40 milliqram olaraq təyin etmişdir.

O, qeyd edib ki, ÜST doza həddən çox aşılarsa 100 faiz xərçəngə səbəb olacağını demir. 2B qrupunda bununla bağlı araşdırmalar davam etdiyi üçün dəlillər aydın deyil. Bu məsələ ilə bağlı müzakirələr davam edir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub