Oğuz Rayon Mərkəzi Xəstəxanasının Tibbi şurasının növbəti iclası keçirilib
30.07.2023 08:57

Oğuz Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan kənd həkim və tibb məntəqələrində əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə Tibbi şuranın növbəti iclası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov, İlkin Səhiyyə Xidmətinin rəhbəri Nəzakət Qədirova, SİHİ-nin sədri Qorxmaz Hümmətli, Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Səbahət Vahabova və Oğuz RMX-nın tabeliyində fəaliyyət göstərən kənd həkim və tibb məntəqələrinin işçiləri iştirak ediblər.

 

İclasda Oğuz RMX-nin direktoru Anar Əzizov kənd həkim və tibb məntəqələrinin qarşısında duran vəzifələrə dair çıxış edib.

 

Daha sonra İSX-nın şöbə müdiri Nəzakət Qədirova İlkin Səhiyyə Xidmətinin fəaliyyəti, patronaj xidməti, eləcə də uşaqlar arasında profilaktik peyvəndləmə və dispanserizasiyanın aparılması barədə fikirlərini bölüşüb.

 

Sonda GEM-in həkimi Səbahət Vahabova isə "Tibbi tullantıların idarə olunması" mövzusunda məruzə ilə çıxış edib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib