Gəncədə “Şəkərli diabet Tip 2 və onun ağırlaşmaları: müalicə yanaşmalarında yeniliklər” mövzusunda konfrans keçirilib
28.07.2023 14:40
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında “Şəkərli diabet Tip 2 və onun ağırlaşmaları: müalicə yanaşmalarında yeniliklər” mövzusunda regional elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az Kliniki Tibbi Mərkəzə istinadla xəbər verir ki, konfransın təşkilinin əsas məqsədləri mövcud yanaşı xəstəliklər nəzərə alınmaqla, endokrinoloq, uşaq endokrinoloqu, terapevt, pediatr və digər ixtisaslı həkimlər tərəfindən şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, həmçinin müvafiq ixtisaslı həkimlərin gündəlik praktikasında şəkərli diabetin müasir müalicə taktikasının, müxtəlif alqoritmlərin və tibbi texnologiyaların tətbiq edilməsinin təmin olunmasından ibarət olub.
 
Konfransın aktuallığı dünya ölkələri üzrə şəkərli diabet xəstəliyinə (xüsusən də ŞD tip 2) dair statistik göstəricilərin yüksəlməsi ilə əlaqədardır. Sözsüz ki, bu da diaqnozun zamanında təsdiq edilməməsi və qeyri-effektiv müalicə nəticəsində şəkərli diabetin ağırlaşmaların inkişafına və proqressivləşməsinə, müvafiq olaraq xəstələrin həyat keyfiyyətinin azalmasına səbəb olur.
 
Tədbiri giriş sözü ilə açan Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova ilk olaraq Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatı auditoriyanın diqqətinə çatdırıb. TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən endokrinoloji xidmətin təşkilinə nəzarət ilə bağlı Mərkəz tərəfindən icra edilən təşkilati-metodik və konsultativ-diaqnostik yardımlar, bununla yanaşı Mərkəzin həkimlərinin iştirakı ilə mütəmadi həyata keçirilən konfranslar, seminarlar barədə məlumatlar direktorun çıxışında yer alıb.
 
Tədbirdə çıxış edən TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin böyük məsləhətçisi Ceyran Abdullayeva regionlarda endokrinoloji xidmətin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, endokrinoloji patologiyası olan şəxslərə əlçatan tibbi xidmətlərin təmin edilməsi, bu sahədə çalışan həkim-mütəxəssislərin nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində icra edilən işlər, təşkil edilən silsilə tədbirlər barədə bəhs edib. Regional konfransın təşkili zamanı diqqətə alınan şəkərli diabetə multidisiplinar yanaşmanın vacibliyi və müasir aspektləri xüsusilə vurğulayıb.
 
Tədbirdə Respublika Endokrinoloji Mərkəzin poliklinika şöbəsinin müdiri Nərminə Hüseynova, pediatr-endokrinoloq Yeganə Sultanova, pediatr-endokrinoloq Səriyyə Ağayeva, Kliniki Tibbi Mərkəzin Nefrologiya və Hemodializ şöbəsinin müdiri Xəyalə Quluzadə, Azərbaycan Tibb Universitetinin dosenti, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun direktoru Rəhimə Qabulova, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan 10 saylı Şəhər Poliklinikasının endokrinoloqu Kəmalə Məmmədova, “Baku Medical Plaza” tibb müəssisəsinin Endokrinologiya şöbəsinin müdiri Hidayət Məmmədzadə və “Hayat Clinic” tibb müəssisəsinin həkim-terapevti Gülnarə İsgəndərli tərəfindən şəkərli diabetin diaqnostikası, müalicəsi və profilaktikası, bununla yanaşı şəkərli diabetin ağırlaşmaları ilə bağlı müasir klinik protokollara əsaslanan məlumatlar diqqətə çatdırılıb.
 
Qeyd edək ki, konfransda Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Daşkəsən, Şəmkir, Gədəbəy, həmçinin Mingəçevir, Yevlax, Bərdə Rayon Mərkəzi Xəstəxanalarında çalışan endokrinoloq, terapevt, pediatr, kardioloq, nevroloq, nefroloqlar iştirak ediblər.
 
Konfrans “Diabetə yeni prizmadan baxış ADA/EASD 2022”, “Şəkərli diabet zamanı rast gəlinən ağırlaşmalar”, “İnsulinterapiya”, “Diabet və hamiləlik”, “Diabet və qidalanma” mövzuları üzrə təqdimatların ardınca tədbir interaktiv müzakirələrin aparılması ilə davam etdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib