"Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir" - Mehriban Məmmədova
28.07.2023 11:37
Dəniz havasının sinir sisteminə müsbət təsirləri vardır. Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir, iş qabiliyyətini artırır, pozitiv emosiyalar bəxş edir. Dəniz havası faydalı minerallarla zəngindir. Dəniz havası bromla, litiumla zəngindir. Brom və litium maddələri beyindəki serotoninin, triptamin kimi xoşbəxtlik hormonlarını artırır. Dəniz kənarında 2 saat yerimək və tətil keçirmək sinir sistemi xəstəliklərində müsbət rol oynayır.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova dəniz havasının nevroloji uşaqlara faydası barədə məlumat verərəkən deyib. Mehriban Məmmədova bildirib ki, dəniz dalğasının səsi də zehni rahatlığa səbəb olur. Bəzi psixoloqların araşdırmalarına görə mavi rəngin yaxınlığında insan sakitlik və hüzur tapır:
"Uşaqları da tez-tez dəniz kənarına aparmaq tövsiyə edilir. Yağışlı, şimşəkli, göy gürultulu havalardan sonra dəniz sahilində yürüş etmək depressiyaya çox müsbət təsir göstərir (ozon terapiyası effekti verir). İngiltərədə Exeter Universiteti mütəxəssislərinin apardıqları araşdırmalara görə, dənizə yaxın bölgələrdə yaşayan insanlarda depressiya hallarının, psixoloji rahatsızlıqların daha az olduğu ortaya çıxmışdır. Dəniz kənarında yürüş, üzmə, dənizə qarşı oturmaq – depressiya müalicəsində mühüm yer almaqdadır".
Onun sözlərinə görə, dəniz sahilində təkcə havanın deyil, dəniz qumunun da xeyri çoxdur. Belə ki, dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.
Nevropatoloq qeyd edib ki, qumun istiliyi dəri, oynaq və daxili orqanların reseptorlarını qıcıqlandırır, mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlara təsir edərək kapillyar və arteriyaların işini yaxşılaşdırır, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir, ürək-damar sisteminin iş prinsipi nizama salınır. Dəniz qumu təbii pilinq rolu oynayır və bəzi dəri xəstəliklərini müalicə edir, ayaq dabanlarına təbii pedikür təsiri bağışlayır. Qum ilə yüngülcə ovulan dəri daha təmiz və təbii görünür. Dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirir:
"Lakin unutmaq lazım deyil ki, dəniz qumunun faydası ilə yanaşı zərərli cəhətləri də var. Məsələn, qumda çox qalmaq iflic hissi yaradır, təzyiq, şəkər, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür".
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

