Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Hepatit Gününə həsr olunan tədbir keçirilib
28.07.2023 09:54
Bakı Sağlamlıq Mərkəzində (BSM) Ümumdünya Hepatit Gününə həsr olunan tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbir BSM və “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
 
Qaraciyər xəstəlikləri mərkəzinin şöbə rəhbəri, t.ü.f.d. Gülnarə Ağayevanın moderatoru olduğu konfransda müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən “Xroniki B, C, B+D hepatitinin diaqnostika və müalicələri”, “Qaraciyər sirrozların müalicəsi” və “Toksiki hepatitlərin müalicəsi” mövzusunda məruzələr dinlənilib, panel müzakirələri aparılıb.
 
Bildirilib ki, hər il iyulun 28-i bütün dünyada Ümumdünya Hepatit Günü kimi qeyd edilir. Bu günün məqsədi dünya əhalisini hepatit virusları barədə məlumatlandırmaq, bu amansız xəstəliyə qarşı mübarizə səylərini gücləndirməyə çağırmaqdır.
 
Tədbirdə hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlərin görüldüyü qeyd edilib. Vurğulanıb ki, həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilmələri və müalicələrinin təşkili daxildir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır