Pekinin gənc sakinində Alzheimer xəstəliyi aşkarlanıb
29.07.2023 12:30

Çində Paytaxt Tibb Universitetinin nevroloqları 19 yaşlı yerli sakinə Alzheimer xəstəliyi diaqnozu qoyublar.

Aztibb.az xəbər verir ki, "Journal of Alzheimer's Disease" jurnalının məlumatına görə, o, bu xəstəliyə tutulan ən gənc xəstə hesab edilir.

Gənc adam konsentrasiya problemindən şikayətləndikdən sonra həkimlər onun Alzheimer xəstəliyindən şübhələniblər. Məlum olub ki, xəstəliyin əlamətləri onda 17 yaşında görünməyə başlayıb.

Zaman keçdikcə gənc daha da pisləşib. Nəticədə o, qısamüddətli yaddaş itkisi, oxumaqda və emosiyaları ifadə etməkdə çətinlik çəkib.

Qazanılmış demensiyanı müəyyən etmək üçün testlərdən keçdikdən sonra ona rəsmi diaqnoz qoyulub. Eyni zamanda, həkimlər gəncin erkən yaddaş itkisinə cavabdeh olan genlərin işində heç bir pozğunluğun olmadığını müəyyən ediblər.

19 yaşlı gəncin ailə üzvlərinin heç birində də demans xəstəliyi olmayıb. Buna görə də, vəziyyət həkimlər arasında çaşqınlığa səbəb olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev