ABŞ-da yaşayan uşaq kardio-cərrahı Teymur Nəsirov Bakı Sağlamlıq Mərkəzində olub
27.07.2023 09:49
ABŞ-ın Kaliforniya ştatında yaşayan həmyerlimiz, Stenford Universiteti (ABŞ) Lucile Packard Uşaq Xəstəxanasının uşaq kardio-cərrahı, dosent Teymur Nəsirov növbəti dəfə Bakı Sağlamlıq Mərkəzinin qonağı olub.
 
Bakı Sağlamlıq Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, Teymur Nəsirova İ.M. Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzi ilə tanış olub. Daha sonra Mərkəzdə tibbi xidmət göstərən şöbələrin fəaliyyətinə və klinikanın Kardiologiya, Kardio-cərrahiyyə, Kardio-reanimasiya, Neontalogiya və Əməliyyatxana şöbələrinə baxış keçirib. 
 
O, anadangəlmə ürək qüsurları olan uşaqların konsultasiyasını aparıb, pasiyentlərə lazımı məsləhətlər verib.
 
Mərkəzin icraçı direktoru Asiman Həsənov ilə görüşdə Teymur Nəsirova bu tibb müəssisəsi ilə bağlı xoş təəssüratlarını bölüşüb.
 
Asiman Həsənov son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb.
 
Görüşdə Teymur Nəsirovun dəstəyi ilə Bakı Sağlamlıq Mərkəzində Uşaq kardio-cərrahiyyə şöbəsinin fəaliyyətinin yaxşılaşdırılması və yenidən qurulması mövzusu ətrafında müzakirələr aparılıb. Həmçinin Stenford Universitetinin Lucile Packard Uşaq Xəstəxanası ilə Bakı Sağlamlıq Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır