"Qaraciyərdə exinokokk sistləri Mərkəzi Gömrük Hospitalında laparoskopik yolla əməliyyat icra edilməklə aradan qaldırılır" - Namiq Novruzov
27.07.2023 08:54
Exinokokkoz parazitar xəstəlikdir. Törədicisi “echinococcos granulosus” lentşəkilli qurd sayılır. Təəssüf ki, bizim ölkə exinokokk xəstəliyi üçün endemik bölgə hesab olunur. Yetkin qurd itlərin və pişiklərin nazik bağırsaqlarında yaşayır. Bu heyvanların ifrazatı ilə qurd yumurtaları ətrafa yayılır. Əsas yoluxma ağızdan baş verir. İnək, qoyun, keçi və digər sevimli heyvanlar qurd yumurtalarını udaraq exinokokk parazitinin aralıq sahibinə çevrilirlər.
 
Bu barədə Aztibb.az-a ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin müdiri, t.ü.f.d. Namiq Novruzov parazitar xəstəliklərə yoluxmalar və qurdlardan qorunmağın yolları haqqında danışarkən məlumat verib.
 
Həkim bildirib ki, insanlar gigiyenik qaydalara əməl etmədikdə bu xəstəliyə yoluxurlar. Bu baxımdan yuyulmamış göyərti və meyvələr potensial xəstəlik mənbəyi sayılmalıdır. Aralıq sahibin həzm sisteminə düşən qurd yumurtalarından çıxan sürfələr qana keçir və axınla qaraciyərə çatır. Qaraciyər süzgəcindən keçə bilməyən törədicilər burada sist və ya qovuqcuqlu formada xəstəlik yaradır. Qaraciyəri adlayan sürfələr isə digər orqanlarda - beyin, ağciyərlər, ürək və skelet əzələlərində xəstəlik yarada bilər.
 
Onun sözlərinə görə, qaraciyər exinokoku çox zaman hər hansı bir şikayət yaratmır. Bəzi hallarda digər orqanların müayinəsi zamanı aşkar olunur. Parazit qaraciyərin içində yavaş-yavaş inkişaf edərək qaraciyərin böyüməsinə səbəb olur. Bu zaman sağ qabırğa altında ağrıların olması ola bilər. Bəzən exinokok kistası öd yollarına təzyiq göstərərək sarılıqla da özünü göstərir:
 
"Cərrahi müalicə bu xəstəliyin əsas müalicə üsuludur. Qaraciyərdə exinokokk sistləri Mərkəzi Gömrük Hospitalında laparoskopik yolla əməliyyat icra edilməklə aradan qaldırılır. Qaraciyər exinokoku kistasına tutulmamaq üçün sadəcə gigiyena qaydalarına riayət etmək kifayətdir. Bazarlarda, marketlərdə meyvə və tərəvəzləri təmiz yumadan yemək məsləhət deyil".
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir