Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti yaradılıb  
25.07.2023 16:28

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, profilaktik tədbirlərin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin fiziki sağlamlığının təşviq edilməsi, ətraf mühitin risklərindən qorunmasının artırılmasına diqqət göstərilmiş, səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım kimi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti yaradılıb.

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb