Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb  
25.07.2023 15:56

Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, Mərkəz Naxçıvanda QİÇS-lə mübarizə sahəsində, QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparacaq.

 

QİÇS-lə Mübarizə Mərkəzi bu xəstəliyə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və digər dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb